10 Noyabr 2020 16:56
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər