Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə dekabrın 18-də saat 17 radələrində Keşlə qəsəbəsi ərazisində yaşayan H.Rzaxanovun qarın və qol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədov saxlanılıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.