2 Yanvar 2021 12:26
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

“Bu gün yerli vaxtla 05:05-də Dağıstan Respublikasında zəlzələ baş verib. 4,7 bal gücündə olan zəlzələ 10 km dərinlikdə baş verib. Zəlzələ Azərbaycanın sərhədyanı rayonlarında 4-3 bal gücündə hiss edilb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin daha əvvəl verdiyi məlumata görə, Dağıstanda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ UTC saat qurşağı ilə 01:05-də (Moskva vaxtı ilə 04:05) qeydə alınıb. Yeraltı təkanların episentri Dərbənd şəhərindən 12 kilometr şimal-qərbdə yerləşib. İtki yoxdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər