13 Yanvar 2021 16:15
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon polis şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şahmar" kafesini aşkarlayıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib.

Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər