14 Yanvar 2021 10:58
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Dərhal polis əməkdaşları tərəfindən şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Aqil Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat miqdarında cərimə tətbiq edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər