14 Yanvar 2021 20:20
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu"nun məlumatına əsasən yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

Teleqraf.com xəbər verir ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunmuşdur. Birincisi yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib.


Müəllif: Teleqraf.com