20 Yanvar 2021 10:52
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov