31 Yanvar 2021 13:57
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini Z.Zaxarova Abşeron rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 29 qram heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı oradan əlavə 1,5 kiloqrama yaxın heroin və 16 qramdan artıq metadon götürülüb.


Müəllif: Hacı Zeynalov