21 Fevral 2021 10:29
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərəcov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov