21 Fevral 2021 20:54
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər