Yevlaxda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Bəhram Nəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Günay Cavadovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 15-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Bəhram Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.