Yasamal rayon ərazisində qarajların birindən 30 000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlanıb.
DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar.