Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.
Teleqraf.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Bağırov körpüs”ü kimi tanınan tuneldə qeydə alınıb.
Prospektlə hərəkətdə olan 2 "Toyota", "Opel", "Daewoo" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq yaranıb.
Əraziyə DYP və təcili tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.