19 Aprel 2021 12:39
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Xaçmaz rayon mühafizə çöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri iş başında saxlayıblar.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon sakinləri - Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz rayon mühafizə şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər iş başında yaxalanaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov