21 Aprel 2021 10:11
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Nadir Şixmetov barəsində Qusar rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov