Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.
Aparılan müvafiq tədbirlər nəticəsində yol polis şöbəsi əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Şəhər sakini Elşad Əliyev “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.
Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E.Əliyev eyni zamanda sürücülük hüququndan 1 il müddətə məhrum edilib.