17 İyul 2021 17:35
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Teleqraf.com Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, azyaşlı hazırda stasionar müalicə alır.

Qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər