1 Avqust 21:43

Şəkidə avtomobil yanıb.

Teleqraf.com xəbər verir ki, bu gün günorta saatlarında rayonun Babaratma kəndinin ərazisində "AzAgro" MMC-yə məxsus, Hümbət Saleh oğlu Əhmədovun idarə etdiyi "Chevrolet" markalı, 90-AF-724 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com