5 Avqust 2021 14:57
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

* * *

10:45

Ağsu rayonundakı Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş başlayıb.

Hadisə ötən gün saat 10-30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğını söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib. Qeyd edək ki, yanğınla mübarizəyə mülkü vətəvdaşlar da cəlb olunub./Report/


Müəllif: Teleqraf.com