27 Avqust 2021 11:03
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda yaşayış yerini tərk edən ana və oğlu məsuliyyətə cəlb olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Araşdırmalar zamanı sonuncunun oğlu, Azər Qasımovun da koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq idarə etdiyi yük avomobili ilə rayon ərazisində saxlanılıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər