30 Dekabr 2021 14:44
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda karantin rejimi qaydalarını pozan çay evlərinin sahibləri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Şabran rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evlərinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərmələri aşkar edilib.

Obyektlərin sahibləri rayon sakinləri Nicat Orucov və Elmar Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Çay evində olan digər şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər