Bu gün səhər saatlarında Bakı-Ələt yolunda, 2 müxtəlif ərazidə ağır avtomobil qəzaları baş verib.
Bu barədə Teleqraf.com-a Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.
"Baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Bir qədər sonra baş verən ikinci qəzadan isə KTM-ə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç yaralıya ilk tibbi yardım göstərilib, vəziyyətləri kafidir", - E.Hidayətoğlu deyib.