18 Yanvar 2022 16:18
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı çantasında narkotik vasitə olan şəxs müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Xocavənd rayon polis şöbəsi əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb.

Tikinti şirkətlərindən birini işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov