21 Yanvar 09:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Daewoo" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com