Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli evin mətbəxində mebel 2 p.m, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qabyuyan maşın və 1 ədəd kondisioner yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Eyni zamanda Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.