22 Noyabr 2014 16:58
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəlli olduğu kimi AXCP qurultayını təxirə salıb.

Buna səbəb kimi qurultaya hazırlıq işlərinin yekunlaşmaması, rayonlarda konfransların keçirilməsinin başa çatdırılmaması göstərilib.

Ancaq bəzi xəbərlərə görə, qurultayın təxirə salınmasının başqa səbəbləri də olub. Birinci səbəb maliyyə problemi ilə əlaqədardır. İndiki mərhələdə AXCP maliyyə xərcləməyi məqbul hesab etmir. Rayonlarda konfransın keçirilməsi, Bakıya gələcək qurultay nümayəndələrinin gündəlik yeməyinin və gecələməsinin təşkili maliyyə tələb edir. İkinci məqam isə Müsavat Partiyasının qurultayından sonra yaranan durumdur.

AXCP-də ehtiyat edirlər ki, qurultay zamanı ssenariləşdirilməyən proseslər yaşana və bu səbəbdən də partiya gözlənilməz situasiyaya düşə bilər.


Müəllif:

Oxşar xəbərlər