14 Mart 2022 14:16
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda çay evində insident olub.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar.

E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov