15 Mart 2022 17:12
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

“Mercedes” markalı avtomobili idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər