Azərbaycanda jurnalist intihara cəhd edib.
Teleqraf.com Trend-ə istinadla xəbər verir ki, jurnalist Nəsimi Şərəfxanlı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.
"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir", - E.Hidayətoğlu bildirib.
Xatırladaq ki, Nəsimi Şərəfxanlı Cumhuriyyet.az saytının rəhbəridir.
Nəsimi Şərəfxanlı İkinci Qarabağ Savaşının könüllü iştirakçısı olub. Vətən xidmətini zabit kimi yerinə yetirib. Cəbrayılın, Qubadlınln və Laçının azad olunması uğrunda döyüşüb. “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
O, eyni zamanda VHP sədrinin Mətbuatla iş və ictimai əlaqələr üzrə müavinidir.