24 May 2022 08:44
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.

Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Müəllif: Teleqraf.com