Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: "2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır".