4 Dekabr 2022 21:57
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

"Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək", - məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com