27 Dekabr 2022 00:26
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada ov tüfəngi ilə ehtiyyatsız davranan 28 yaşlı gənc ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər