Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd plastikdən ibarət pəncərə çərcivəsi yanıb, yüksək temperaturdan ev əşyaları qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.