Bakıda sərnişin avtobusunun vurduğu piyada ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda qeydə alınıb.
“Daewoo BC090” markalı avtobus yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada, 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub.
Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.