3 İyul 2023 10:15
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-də Sumqayıt şəhər sakini 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.

Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər