Bu gün Şabran rayonunda daha bir avtoqəza baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Sincanboyad kəndində üç avtomobil toqquşub.
Belə ki, zəncirvari qəzada iki nəfər - 1988-ci il təvəllüdlü Hüseynov Zöhrab Nuralı oğlu və 2008-ci il təvəllüdlü Hacıyev Oruc Səxavət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında da Şabran rayonu Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Yaralılar Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.