1 Sentyabr 2023 22:08
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Rusiya marşutu ilə işləyən yük maşını Balakən rayonunda yanıb.

Teleqraf.com xəbər verir ki, “SarpTur” firmasına məxsus, Türkiyə vətəndaşı Əhməd Atabəy İsmayıl oğlunun idarə etdiyi TIR-ın qoşqu hissəsində başlayan yanğın Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.

Xəsarət alan olmayıb. Daha sonra maşın marşut üzrə hərəkətini davam etdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər