TƏBİB Biləsuvarda dəm qazı zəhərlənməsi ehtimalı ilə bağlı xəstəxanaya yerləşdirilənlər barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, üç nəfər rayon sakini tənəffüs çatışmazlığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.
Hər 3 pasiyentə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
19:55
Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına daxil olub. Pasiyentlərə lazımi tibbi yardım göstərilib.
Onların dəm qazından zəhərlənməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.