28 Noyabr 2023 18:56
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə maşın aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf.com-un Qərb bürosuna bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər