11 Yanvar 13:27
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

13:11

Bakının Xəzər rayonun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub: "Onlardan 3 nəfər böyük (2-si qadın, 1-i kişi olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər