22 Fevral 08:42
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AKM" markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.


Müəllif: Hacı Zeynalov