Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.