Antalyada kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyəsi başa çatdırılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 saat davam edən təxliyə işlərinə 543 nəfərlik axtarış-xilasetmə qrupları, səksən nəfərlik alpinist heyəti eləcə də, bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, altı ambulans və çoxlu sayda dron cəlb edilib.
Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, aprelin 12-də Konyaaltıda kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Bir nəfər həlak olub, on nəfər yaralanıb.
Ədliyyə naziri Yılmaz Tunç hadisənin araşdırılması çərçivəsində 13 şübhəlinin saxlanıldığını bildirib. Bunların arasında kanatın istismarına cavabdeh olan şirkətin işçiləri də var.