Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqovu hədələyən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə vəkilin özü məlumat yayıb.
Elçin Sadıqova qarşı xuliqanlıq edən Arif Tağıyev polis tərəfindən saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilərək iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Arif Tağıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 sutka inzibati həbs edilib.
Qeyd edək ki, vəkil Elçin Sadıqov iyunun 3-də ona qarşı xuliqanlıq edilməsi ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etmişdi.