Yaponiyanın şimal-şərqində fövqəladə vəziyyətdə olan Fukusima-1 AES-də radioaktiv sızıntı aşkarlanıb.
Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, sızıntı stansiyanın ikinci enerji blokunda baş verib.
Hadisə zamanı 25 ton radioaktiv su sızıntısı qeydə alınıb. Sızma avqustun 9-da istifadə olunmuş nüvə yanacağının soyuducu hovuzunda suyun monitorinq çənlərindən birində suyun səviyyəsində anormal eniş qeydə alındıqdan sonra aşkar edilib.