08:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər