"FlyArystan" aviaşirkətinə məxsus təyyarə quş dəstəsi ilə toqquşub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Air Astana” məlumat yayıb.
“FlyArystan aviaşirkətinə məxsus təyyarə Uralsk -Astana marşrutu üzrə uçarkən Uralsk hava limanında quş dəstəsi ilə toqquşub. Təyyarənin sistemlərinin və mühərriklərinin işində kənarlaşma olmadığına görə ekipaj uçuşu davam etdirib və adi qaydada Astana hava limanına enib”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Hava limanının mütəxəssisləri bildiriblər ki, təyyarəyə baxış zamanı mühərrikin daxilində çoxlu zədələr aşkar edilib.