29 Yanvar 16:10
237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular hər bir Azərbaycan vətəndaşı kimi seçki hüquqlarından istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub.

Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər