Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq, götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 2 tüfəng və 44 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.